Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi, əlverişli qovşaq kimi bu limanın regionlar ilə əlaqə qurmaq imkanını genişləndirir. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir və bu da daşınan yüklərin həcmini artır.
Əsas Avrasiya nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan, nəinki Avropa və Asiya arasında kommersiya körpüsü kimi, hətta Avrasiyada əsas distribusiya (bölüşdürmə) qovşağı kimi də xidmət göstərə bilər.
18 mart 2015-ci ildə Bakı Limanı Prezident İlham Əliyevin fərmanı ilə bərpa olunub və səhmdar cəmiyyətinə (QSC) çevrilib. 14 may 2018-ci ildə Ələtdə yerləşən yeni Bakı Limanının rəsmi açılış mərasimi keçirilibdir. Limanın ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olacaq.