Mətbuat açıqlaması

TransLogistica Caspian - “TransCaspian 2015” sərgisi 12 may tarixində öz işinə başlayır

“TransCaspian 2015” sərgisi 12 may tarixində öz işinə başlayır

08.05.2015

12 may tarixində Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika (“TransCaspian 2015”) və 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgiləri öz işinə başlayır. Hər iki sərgi fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) da sərgilərə rəsmi dəstək verirlər. Həmçinin, “TransCaspian” sərgisi nəqliyyat sənayesi üzrə aparıcı təşkilat olan “ТРАСЕCА” ilə sıx əməkdaşlıq edir.

“TransCaspian” sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaradır. Sərgi hər il yükdaşıma və loqistika şirkətləri, vaqon avadanlıqlarının istehsalçıları, gəmiqayırma şirkətləri, nəqliyyat üçün intra-loqistika və informasiya sistemlərinin istehsalçıları, eləcə də dəniz və çay limanlarının nümayəndələrini öz meydançasında toplayır.

Beləliklə, “TransCaspian 2015” sərgisində Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Latviya, Litva, Rusiya, Fransa və İsveçrədən 72 şirkət təqdim olunacaq. Sərginin iştirakçıları arasında “Access Trans”, “Alstom Transport”, “ArcelorMittal” “Auto Lift Gmbh”, “AVP Technology” (“АВП”), Brest Elektrotexnika Zavodu, Qomel Vaqonqayırma Zavodu, “QT alümin-termit qaynaq”, “Liebherr”, “Matrix”, dəmiryol oxları istehsal edən “Murom Switch Works” (Murom) şirkəti, “Pakobo”, “Pervaya Lokomotivnaya Kompaniya”, “Stadler Rail Group”, “Trans Caucas Terminal”, “Transmaş” (Moskva) zavodu, “Transmaşholdinq” Ural Vaqon Zavodu və bir çox digər müəssisələr var. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edəcək. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan “Stadler Rail Group” şirkəti isə “TransCaspian 2015” sərgisinin sponsoru qismində çıxış edir.

Paralel olaraq keçirilən 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgisi yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, İntellektual Nəqliyyat Sistemi (İTS) və ictimai nəqliyyat peşəkarlarını öz meydançasında bir araya gətirəcək.

Yubiley sərgidə Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin 52 şirkəti iştirak edəcək. Həmçinin, sərginin iştirakçıları arasında “Azauto”, “Azvirt”, “Azerİnsaat Servis”, “Azer-Turk” AS, “Azeryolservis”, “AZD Praha”, Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Carlson Software”, “Cepas”, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (Azərbaycan), “Dorojnıe Sistemı”, “E-Mak”, “Ekomobil”, “Evim Construction”, “Fujian Tietuo Machinery”, “KentKart Ege Elektronik”, “Metallokonstruksiya” zavodu, “Hofmann Gmbh”, “Holcim Azerbaijan”, “Jenoptik Traffic Solutions”, “Kolin Construction”, “Proyapi”, “Tarsa Kompozit Boya Makina”, “Stop Showroom Service”, “TENSAR”, “Ultra Computers”, “Zitron” və digər şirkətlər var.

Bu şirkətlər tərəfindən yol, körpü və tunellərin tikintisi üzrə xidmətlər, habelə yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yolların işarələnməsi üçün avadanlıqlar, metropoliten üçün ventilyasiya sistemləri, avtomobil və yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsullar təqdim olunacaq. Ziyarətçiləri isə yol örtükləri və yol tikintisi sahəsində yeni məhsullarla tanışlıq gözləyir. Bu il Bakı Ekspo Mərkəzinin xarici meydançasında “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq sürüşü (“test-drayv”) keçiriləcək.

Bu il “TransCaspian” və “Road and Traffic” sərgilərinin işini işgüzar proqram müşayiət edir, belə ki, may ayının 12-də Bakı Ekspo Mərkəzində “AVP Technology” şirkəti tərəfindən seminar təşkil olunacaq. Bu seminarın gedişatında “КZ8А elektrovozunun avtomatik idarəetmə sistemi”, ““РПДА-Т” parovozunun bortundakı parametr qeydiyyatçısının işi əsasında dizel yanacağının vahid avtomatlaşdırılmış uçot sistemi (“ЕАСУ ДТ”)” və “Elektrik enerjisinin kommersiya uçotu üçün dartıcı hərəkət heyətinin elektrik enerji sərfiyyatının kommersiya tarifləri ilə hesablanması üzrə 0.5s dəqiqlikli sayğacı (“СЭППТ”) olan dəyişən və sabit cərəyanlı ölçü kompleksi” kimi mövzular müzakirə olunacaq. May ayının 13-də “Ultra Technologies” şirkəti tərəfindən inşaat, xüsusilə də infrastruktur layihələrin idarə edilməsi məqsədi ilə hazırlanmış məkan və vaxtın planlaşdırılması üzrə “TILOS” proqram təminatı ilə əlaqədar seminar təşkil ediləcək. Sözügedən seminarda iştirak etmək üçün “onlayn” qeydiyyatdan keçmək tələb olunur:http://seminar.ultra.az/tilos. 13 may tarixində isə “TransCaspian” sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC arasında müqavilənin imzalanması mərasimi baş tutacaq.

Beləliklə, “TransCaspian” və “Road and Traffic” sərgiləri Azərbaycanın mühüm strateji layihələri kimi, 3 gün ərzində mövcud əlaqələrin genişləndirilməsi, habelə yeni səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqların qurulması, perspektiv müqavilələrin imzalanması və investisiya yatırımı, o cümlədən təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün əla imkan yaradacaq.

“TransCaspian” və “Road and Traffic” sərgilərinin  təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı  tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Layihələr üzərində işə “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin Xalq Respublikası) və “ITE Gulf” (Dubay) şirkətləri cəlb olunub. Bu müəssisələr beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edirlər. 2015-ci ildə təşkil ediləcək bütün sərgilərin rəsmi tərəfdaşları arasında “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), “Greenwich Travel Club” (rəsmi turoperator) və “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətləri yer alır.

Sərgilər öz işini may ayının 14-ə kimi davam edəcək.