Xəbərlər

TransLogistica Caspian - Dəmir yolu ilə sərnişin daşınmasında 33,4 faiz artım qeydə alınıb

Dəmir yolu ilə sərnişin daşınmasında 33,4 faiz artım qeydə alınıb

27.06.2017

Xəbərlər

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-may aylarında 6 milyon ton yük, 1 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,9 faiz, sərnişin daşınmasında isə 33,4 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 360 vaqon yüklənib, 419 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.