Xəbərlər

TransLogistica Caspian - Mütəxəssislərin ünsiyyəti üçün geniş platforma

Mütəxəssislərin ünsiyyəti üçün geniş platforma

13.06.2018

Xəbərlər

Emil Rəhimov, Bakı

– Mən nəqliyyat sektorunun istənilən sahəsini təmsil edən yerli şirkətlər ilə əlaqələr qurmaq və danışıqlar aparmaq məqsədi ilə “TransCaspian / Translogistica 2018” sərgisinə gəlmişəm. Ancaq mən yerli mütəxəssislər ilə ünsiyyət qurmaqla yanaşı, həm də xarici şirkətlərin nümayəndələri ilə danışıqlar aparmışam. Danışıqlar maraqlı və səmərəli oldu. Mən əminəm ki, sərgi birmənalı şəkildə bazar və yeni məhsulları öyrənmək üçün əlaqələrin qurulmasına və tərəfdaşlıq sazişlərinin imzalanmasına xidmət edir. Bundan başqa, burada həmişə rəqabət mühitinin öyrənmək mümkündür ki, bu da bu və ya digər sahənin inkişafında çox vacibdir.