Xəbərlər

TransLogistica Caspian - Naxçıvanda yeni avtomobillər istehsal olunacaq

Naxçıvanda yeni avtomobillər istehsal olunacaq

29.06.2021

Xəbərlər

29 iyun, Fineko/abc.az. Naxçıvan Avtomobil Zavodu tərəfindən 2020-ci il ərzində 117 ədəd avtomobil, 2021-ci ilin ötən dövrü ərzində isə 47 ədəd avtomobil istehsal olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılıb.

Bağlanmış müqavilələrə uyğun olaraq növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.