Xəbərlər

TransLogistica Caspian - Sevindirici haldır ki, sərgiyə gələnlər arasında gənclərin də sayı az deyil

Sevindirici haldır ki, sərgiyə gələnlər arasında gənclərin də sayı az deyil

05.06.2022

Xəbərlər


 

 

 

 

 

 

 

 

İlqar Məmmədov, “SLA Group” şirkətinin Satış və Marketinq şöbəsinin Direktoru

- Şirkətimiz müxtəlif sənaye sahələrində istifadə olunan dünyaca məşhur brendlərə məxsus sürtkü yağlarının satışı ilə məşğuldur. Mən bu sərgiyə logistika şirkətləri ilə görüşlər keçirmək istədiyimə görə gəlmişəm. Qeyd etmək istəyirəm ki, müasir şəraitdə logistika şirkətlərin fəaliyyətində mühüm rol oynayır. Qiymətli məhsul istehsal etmək olar, lakin onun vaxtında alıcıya çatdırılmasının qeyri-mümkünlüyü istehlakçını lazımi məhsulu almaq arzusundan məhrum edir.

Azərbaycanda hansı logistika şirkətlərinin və mərkəzlərinin təmsil olunduğunu və onların ölkəmizə malların çatdırılması imkanlarının nədən ibarət olduğunu anlamaq mənim üçün vacibdir. Azərbaycan əsrlər boyu Avropadan Asiyaya gedən mühüm ticarət yollarının üzərində yerləşib və ölkədə böyük logistika mərkəzlərinin olması həyati əhəmiyyət kəsb edir.

“TransLogistica” sərgisində böyük potensiala malik və malların çatdırılması üçün ən müasir xidmətləri təklif edən bir sıra iri milli logistika mərkəzlərinin təqdim olunması məni sevindirdi. Onlarla danışıqlar zamanı çoxlu dəyərli və faydalı məlumatlar əldə etdim.

Sərgi məndə çox xoş təəssürat yaratdı. Xarakterik olaraq biz həmişə çalışırıq ki, xarici tərəfdaşlarımızın Azərbaycana səfərləri məhz sərginin keçirildiyi tarixlərə uyğun olsun. Biz onları həmişə Bakı Ekspo Mərkəzinə ölkəmizin geniş imkanlarını nümayiş etdirmək üçün gətiririk. Mən də şadam ki, sərgidə çoxlu gənclər var və onların təkmilləşmək və yeni məlumatlar almaq istəyini alqışlayıram.