Xəbərlər

TransLogistica Caspian - Ölkəmizdən tranzit daşıma məsələsinə dair

Ölkəmizdən tranzit daşıma məsələsinə dair

06.06.2022

Xəbərlər

 

 

 

 

 

 

Salahəddin Məmmədov, “Məişət Maye Qaz” QSC-nin Satış və Marketinq şöbəsinin müdiri 

 

- “TransLogistika” sərgisi bizim fəaliyyətimizlə birbaşa olaraq bağlıdır. Tədbir təşkilatçılıq və sərgidə iştirak edən şirkətlər baxımdan əla təəssürat yaratdı. Biz bu şirkətlərin əksəriyyəti ilə sıx əməkdaşlıq edirik. Onlar sərgidə bizi maraqlandıran bir sıra yeniliklər nümayiş etdirdilər. Belə ki, logistika şirkətlərinin nümayəndələri ilə görüşlər zamanı biz nəinki onların göstərdiyi xidmətlər, malların çatdırılma imkanları barədə mühüm məlumatlar əldə etdik, həm də tariflərlə, xüsusən də onların ayrı-ayrılıqda tətbiqi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etdik. Biz belə qərara gəldik ki, bu tariflərin azaldılması, eləcə də dəmir yollarının fəaliyyətinin sürətləndirilməsi ölkəmizdən tranzit daşımaların artmasına kömək edə bilər.

Qeyd etmək istərdim ki, nəqliyyat bazarının demək olar ki, bütün yerli iştirakçılarını və onların xarici həmkarlarını bir araya gətirən sərgilər sayəsində gələcək əməkdaşlığın əsasları qoyulur. Biznes dünyası işgüzar əlaqələr üzərində qurulur. “TransLogistika” sərgisində varlığından belə xəbərsiz olduğumuz və bizi maraqlandıran bir sıra şirkətlərlə tanış olduq. Öz növbəsində, bizim şəxsimizdə onlar potensial müştərilərə çıxış əldə edirlər. Bu mümkün sıx əməkdaşlığa mümkün keçidlə kommunikasiya əlaqələrini təmin edən sərgilərin gücünü və əhəmiyyətini göstərir.