Müasir nəqliyyat, operativlik, sığorta…

Müasir nəqliyyat, operativlik, sığorta…

1 i̇yun 2023 0000
Mürvət Abdullayev, TEZ Logistics MMC-nin satış meneceri:

Azərbaycanın TEZ Logistics şirkəti bütün nəqliyyat növləri ilə dünyanın istənilən istiqamətinə malların çatdırılması və saxlanması üzrə tam xidmətlər spektrini təqdim edir. Xidmətlərimiz əsasən Rusiya, Avropa, Türkiyə, Mərkəzi Asiya, Çini əhatə edir.

Biz anbar, gömrük, broker və 3PL xidmətlərini təqdim edirik ki, bunlar saxlanmadan tutmuş son istehlakçıya çatdırılmaya qədər bütün logistika xidmətlərini əhatə edir. Şirkətimizin digərlərindən əsas fərqi ondan ibarətdir ki, müştərilərə təklif olunan bütün nəqliyyat növləri tam yeni olmaqla, ən innovativ texnologiyalarla təchiz olunublar. Biz operativliyə arxalanırıq, bu, əlbəttə ki, müştəri tərəfindən qoyulan tapşırığın optimal həllinə zəmanət verir. Bundan əlavə, bütün yüklər sığortalanır ki, bu da müştərilərimiz üçün əlavə təhlükəsizlik zəmanətidir.

TEZ Logistics şirkəti ilk dəfədir ki, TransLogistica Caspian sərgisində iştirak edir. Məqsəd digər şirkətlərlə əlaqə yaratmaq, qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır. Hədəflərimizə çatmağı və gözəl nəticələr əldə etməyi gözləyirik!

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN