“- Biz böyük bir müqavilə imzalamağa hazırlaşırıq!”

“- Biz böyük bir müqavilə imzalamağa hazırlaşırıq!”

13 may 2015 0000

Cavid Qurbanov,  “Azərbaycan Dəmir Yolları” QSC -nin sədri

– Şübhəsiz ki, “TransCaspian” sərgisi sənaye mütəxəssisləri üçün danışıqların aparılması, görüşlərin təşkili və fikir mübadiləsi baxımından mərkəzi platformadır. Bura bazarın iştirakçıları ilə ünsiyyət qurmaq üçün ideal məkandır və biz hər il bu tədbirdə böyük məmnuniyyətlə iştirak edirik.

Bizim stenddə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dövlət proqramları çərçivəsində reallaşdırılmış və hazırda həyata keçirilən nəhəng layihələr barədə ətraflı məlumat verilir. Belə ki, hazırda Bakı sərnişin stansiyası və onun yollarında əsaslı təmir işləri həyata keçirilir. Təmir işləri çərçivəsində vağzalın əsas binasının fasadı (memarlıq üslubunu saxlamaqla) yenidən qurulacaq. Bundan başqa, vağzal binasının daxili hissəsi tam təmir edilib, bilet kassaları, saxlama kameraları və sərnişin platformaları əsaslı təmirdən keçib, eskalatorlar yeniləri ilə əvəzlənib.

Bununla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC ümumi uzunluğu 63 km olan Bakı-Xırdalan-Sumqayıt yolunun əsaslı təmirini davam etdirir. Təmir işlərinin başlanmasından bu günə qədər yolun 33 km-lik hissəsi əsaslı surətdə təmir edilmişdir. Təmir işləri başa çatdıqdan sonra Bakı sərnişin stansiyasından Sumqayıt  stansiyasına  elektrik qatarları ilə cəmi 40 dəqiqəyə getmək mümkün olacaq. Yeri gəlmişkən, may ayının 13-də bu sərgi çərçivəsində İsveçrənin “Ştadler” şirkəti ilə yeni ikimərtəbəli elektrik qatarlarının tədarükünə dair müqavilə imzalanacaq.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN