“ArcelorMittal” brendinin təqdimatı

“ArcelorMittal” brendinin təqdimatı

13 may 2015 0000

Oqtay Atçalı, “ArcelorMittal” şirkətinin regional meneceri

- Baş ofisi Lüksemburqda yerləşən “ArcelorMittal” şirkəti polad istehsalı üzrə dünya lideridir və dünyanın əsas metallurgiya bazarlarında, o cümlədən avtomobilqayırma, inşaat, məişət texnikasının istehsalı və qablaşdırma kimi sahələrdə aparıcı mövqe tutur.

Biz “TransCaspian 2015” sərgisində ilk dəfə iştirak edirik. Stendimizdə isə biz şirkətimizin rels-prokat şöbəsinin məhsul və xidmətlərini təqdim edirik. Şirkətimiz dəmiryol sahəsi üçün relslər və rels sistemləri istehsal edir. Əsas məqsədimiz isə “ArcelorMittal” brendini Azərbaycan bazarında təqdim etmək, şirkətin imkanlarını hədəf auditoriyaya nümayiş etdirmək və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə işgüzar münasibətlər qurmaqdır. Mən hesab edirəm ki, bizim termik üsulla bərkidilmiş yüksək keyfiyyətli relslərimiz burada diqqətdən kənarda qalmayacaq.

Bu gün sərginin birinci günüdür və mən sərginin təşkilatçıları tərəfindən göstərilən diqqəti və dəstəyi, burada iş prosesinin dəqiqliklə qurulduğunu və ziyarətçilər tərəfindən tədbirə böyük diqqət göstərildiyini qeyd etmək istərdim. Azərbaycanlıların bizi mehribancasına qəbul edərək qonaqpərvərlik nümayiş etdirmələri özümüzü evimizdəki kimi hiss etməyimizə imkan yaradır.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN