«Azərbaycan Dəmir Yolları» gücləndirilmiş iş rejiminə keçir

«Azərbaycan Dəmir Yolları» gücləndirilmiş iş rejiminə keçir

30 dekabr 2016

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirib ki, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək: “Sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN