“Azərbaycan Dəmir Yolları” və Çexiya şirkəti arasında Bakı-Böyük Kəsik sahəsinin əsaslı təmirinə dair əlavə saziş imzalanıb

“Azərbaycan Dəmir Yolları” və Çexiya şirkəti arasında Bakı-Böyük Kəsik sahəsinin əsaslı təmirinə dair əlavə saziş imzalanıb

16 aprel 2015 0000

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiyanın “Moraviya STEEL” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir ƏzməmmədovunAPA-ya verdiyi məlumata görə,  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə Azərbaycan Dəmir Yollarında reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

 

Daha sonra “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə podratçılar, Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

 

Qeyd edək ki,Bakı-Böyük Kəsik sahəsində bütün tikinti işləri başa çatandan sonra qatarların orta sürəti saatda 140 km-ə çatdırılacaq.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN