Vəfa Səfərli–Abdullazadə,
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri
– Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzəryanı regionun ən qədim limanlarından biri kimi, nəhəng nəqliyyat qovşağıdır və buna görə də, yubiley “Nəqliyyat, Tranzit və Loqistika” sərgisində iştirak ziyarətçilərə təşkilatımızın fəaliyyəti, əldə etdiyimiz yeni nailiyyətlər və tətbiq olunan innovasiyalar barədə məlumat verməklə bağlıdır.
Ekspozisiyanın qonaqlarına limanın müasir çoxşaxəli həyatını əks etdirən video-çarx təqdim olunur. Mütəxəssislər limandakı əməliyyatların optimallaşdırılmasının nəticələri ilə tanış olur, yaradılmış Azad Ticarət Zonası, eləcə də bu sahədəki innovasiyalar barədə məlumat alırlar. Bəzi yeniliklər regionda ilk dəfə tətbiq ediləcək, məsələn, sürücüsüz nəqliyyat vasitələri qəbul edilir, yəni özünüidarə sistemi və süni intellektə malik nəqliyyat vasitələrindən istifadə olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli Sərəncamlına uyğun olaraq, yeni Bakı Limanının (Ələt terminalı) ətrafında Azad Ticarət Zonasının yaradılması ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ən qabaqcıl layihələrdən biridir. Yeni Bakı Limanının ətrafında bu Zonanın yaradılması ilə nəqliyyat və loqistika infrastrukturunun, eləcə də neft-kimya və əczaçılıq sahələrinin yaradılması, habelə qablaşdırma / işarələmə məhsullarının istehsalı və digər işlərin icrası planlaşdırılır.