Gəncə avtomobil zavodu üçüncü ölkələrə məhsul ixracına hazırlaşır

Gəncə avtomobil zavodu üçüncü ölkələrə məhsul ixracına hazırlaşır

30 dekabr 2016 0000

“Gəncə avtomobil zavodu keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”.

APA-Economics”in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.

"Gəncə avtomobil zavodu Azərbaycanın ən böyük müəssisələrindən biridir. Biz artıq üçüncü ölkələrə məhsul ixracı ilə bağlı yeni mərhələyə keçirik. Müəssisəyə Belarusda yığılan yekun məhsullar üçün aqreqatlar da göndərilir. Bu birgə layihənin böyük perspektivləri var", - deyə G.Axramoviç vurğulayıb.

Səfir müəssisədə traktorlarla yanaşı, avtobusların da istehsalının genişləndiyini bildirib.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN