“Hövsan – 5” liman yedək gəmisi əsaslı təmir olunub

“Hövsan – 5” liman yedək gəmisi əsaslı təmir olunub

16 may 2017 0000

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus  “Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub. Belə ki, gəminin gövdəsinin yararsız mexanizmləri dəyişdirilib, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da sazlanıb. Həmçinin, işçi heyətin kayutları, sanitar qovşaqları və yeməkxana  tamamilə yenilənib. Ən əsası , gəminin baş və köməkçi mühərrikləri, nasosları, separatorları, boru sistemlərinin yüksək keyfiyyətdə  təmiri həyata keçirilib.

Bütün bu proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Registr yoxlanışından keçəndən sonra gəmi yenidən istismara qaytarılacaq.

Xatırladaq ki, sözügedən liman  yedək gəmisinin uzunluğu 29,3, eni 8,3 metrdir. Gəmi  1600 at gücünə malik mühərriklə təchiz olunub.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN