İraqla Azərbaycanı birləşdirəcək dəmir yolu xətti inşa olunacaq

İraqla Azərbaycanı birləşdirəcək dəmir yolu xətti inşa olunacaq

16 aprel 2015 0000

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İraq və İran dəyəri 45 mln. ABŞ dolları olan dəmir yolu layihəsi üzərində çalışır.

 

APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədəİraqın nəqliyyat naziri Bəkir Cabir əz-Zubeydi iranlı həmkarları ilə görüşdən sonra bildirib.

 

“Biz uzunluğu 32 km olan, cənubla şimalı birləşdirəcək dəmir yolu xəttinin inşası barədə razılığa gəldik. Bundan başqa Bəsrənin Sindbad adasından Şatt-əl-Ərəb çayına kimi 700 m uzunluğunda olan dəmiryolu körpüsünün də inşasına başlayacağıq”, - deyə iraqlı nazir bildirib.

 

Nazirin sözlərinə görə, bu layihə İraqı başqa ölkələr, o cümlədən “Böyük İpək Yolu” vasitəsilə Çin və Azərbaycanla da birləşdirəcək.

 

Layihə 20 aydan sonra tamamlanacaq.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN