“IV İslam Həmrəyliyi Oyunları”nın Bakıda keçirilməsi ilə bağlı, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, bu səbəbdən də may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.
“Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir. Eyni zamanda, Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı adi günlərə nisbətən 10-15% təşkil edir.
Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir”, - deyə məlumatda vurğulanıb.