Loqistika sektorunun mühüm amilləri

Loqistika sektorunun mühüm amilləri

11 may 2016 0000

İlham Abdulov,ADY Express” şirkətinin mətbuatla iş üzrə mütəxəssisi

– Sirr deyil ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində ölkədə tranzit yükdaşımaya böyük maraq müşahidə olunur. Potensial sifarişçilər tranzit yüklərin Şimal-Cənub, eləcə də Şərq-Qərb istiqamətində daşınmasına maraq göstərirlər. Bizim şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti kimi, Azərbaycanın dəmir və dəniz yollarını birləşdirməklə, beynəlxalq standartlara uyğun kompleks loqistika xidmətlərinin göstərilməsi üçün təsis edilib.

Şirkətin əsas məqsədi Azərbaycan ərazisi vasitəsi ilə Avropa və Asiyaya arasında tranzit yükdaşımaların həcmini artırmaq və eyni zamanda, sifarişçiləri səmərəli və rentabelli qiymətlərlə təmin etməkdir. Biz potensial sifarişçilərə ekspeditor və nəhəng yük daşıyıcılarının “onlayn” xidmətlərini təklif edirik

Şübhəsiz ki, hər bir sərgi iştirakçısı stend çərçivəsində aparılan işlər nəticəsində uğurlu marketinq fəaliyyətinə ümid bəsləyir. “ADY Express” şirkəti də yeni tərəfdaşlarla əməkdaşlıq etməyə və yeni layihələr üzərində birgə işləməyə hazırdır. Xoşbəxtlikdən, sərgidə xarici ölkələri təmsil edən kifayət sayda iştirakçı var.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN