Bu il Qazaxıstan Azərbaycana yeni elektrovozlar tədarük etməyə başlayacaq.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, iki ölkə arasında qarşılıqlı tədarük həcmləri artmaqda davam edir.
Qeyd edək ki, Azərbaycan bu ilin martında Qazaxıstandan teplovozlar alıb. Azərbaycanın dəmir yollarında 10 Qazaxıstan istehsalı olan teplovoz hərəkət edir.