“TRACECA”-dan 15 illik yubileyi münasibəti ilə təbrik

“TRACECA”-dan 15 illik yubileyi münasibəti ilə təbrik

7 may 2016 0000

Samirə Rəfizadə,

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “TRACECA” layihəsi

“TransCaspian”  sərgisinin hörmətli əməkdaşları və həmkarları!

Sizi sərginin 15 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir və gələcəkdə peşəkar uğurlar arzulayırıq.

Uzun illərdir ki, sərginin ilk günündən etibarən bizim birgə işgüzar əməkdaşlığımız daim qarşılıqlı faydalı olmaqla yanaşı, səmərəli nəticələr vermişdir.

Hər il keçirilən bu sərgi çərçivəsində uğurlu işgüzar sazişlərlə yekunlaşan faydalı əlaqələr qurulur.

Mən əminəm ki, “TransCaspian” sərgisi hələ uzun illər Avropa-Qafqaz-Asiya regionunun mühüm nəqliyyat forumu və sənayenin aktual problemlərinin müzakirəsi, eləcə də yeni informasiya və interaktiv sistemlərin tətbiqi üçün möhkəm körpü olaraq qalacaq.

Arzu edirik ki, bu yubiley daimi inkişaf və irəliləyişiniz üçün sonsuz imkanlar yaratsın!

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN