“TransCaspian 2015” – Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiri

“TransCaspian 2015” – Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiri

13 may 2015 0000

Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” (“TransCaspian 2015”) sərgisi öz işinə başladı. Sərgi 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgisi ilə paralel keçirilir. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər. Layihə üzərində işə “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) şirkətləri cəlb edilmişdir.

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov sərginin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına kömək edən, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması imkanlarını nümayiş etdirən və yük sahibləri üçün optimal yükdaşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaradan “TransCaspian 2015” sərgisinin Qafqaz regionunda nəqliyyat sahəsi üzrə aparıcı tədbir olduğunu qeyd etdi. Həmçinin, M. Pənahov Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılmasını da xüsusi ilə vurğuladı. Həmin layihələr arasında Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisi, Ələt dəniz limanının inşasının davam etdirilməsi, milli aviaparkın genişləndirilməsi, müasir nəqliyyat vasitələrinin tədarük və tətbiq edilməsi sayəsində sərnişindaşıma sahəsinin yaxşılaşdırılması yer alır. Birinci Avropa Oyunlarına hazırlıqlar baxımından, M. Pənahov yol infrastrukturunun yaxşılaşdırılması, avtomobil magistrallarının təkmilləşdirilməsi və yeni sərnişindaşıma vasitələrinin istifadəyə hazır vəziyyətə gətirilməsini qeyd etdi. Nazir müavini hər il texnika və texnologiya istehsalçıları, nəhəng yükdaşıma və loqistika şirkətləri, hərəkət heyəti (vaqonlar) istehsalçıları, gəmiqayırma şirkətləri və digər təşkilatları bir araya toplayan sərginin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Açılış mərasimində çıxış edən “ITЕ Group Plc” şirkətinin sənaye direktoru cənab Lorent Noel dünyanın 4 qitəsində (14 ölkədə) keçirilən on səkkiz sərgi arasında mühüm yer tutan “TransCaspian” və “Road and Traffic” sərgilərinin Qafqaz regionundakı liderliyini qeyd etdi. O, sərgiyə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “TRASEKA” təşkilatına öz minnətdarlığını bildirərək sərgi iştirakçılarına uğurlar arzuladı.

“TransCaspian 2015” sərgisinin ekspozisiyasına Azərbaycan, Avstriya, Belarus, Almaniya, Gürcüstan, Latviya, Litva, Rusiya, Fransa və İsveçrədən 70-dən çox şirkət daxildir. Sərgidə “Access Trans”, “Alstom Transport”, “Archelor Metal” “Auto Lift Gmbh”, “Liebherr”, “Matrix”, “Russian Maritime Register”, “Stadler Rail Management AG”, “Trans Caucas Terminals”, “AVP Technology” (“АВП”), Brest Elektrotexnika Zavodu, Qomel Vaqonqayırma Zavodu, “QT alümin-termit qaynaq”, dəmiryol oxları istehsal edən “Murom Switch Works” (Murom) şirkəti, “Pervaya Lokomotivnaya Kompaniya”, Ural Vaqon Zavodu, “Transmaş” (Moskva) zavodu, “Pakobo”,“Transmaşholdinq” və bir çox digər şirkətlərin ekspozisiyaları təqdim edilir. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edir. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan “Stadler Rail Management AG” şirkəti isə “TransCaspian 2015” sərgisinin sponsoru qismində çıxış edir.

“TransCaspian 2015” və “Road and Traffic” sərgilərinin işini işgüzar proqram müşayiət edir. Belə ki, may ayının 12 və 13-də  Bakı Ekspo Mərkəzində “AVT Texnologiya” və “Ultra Technologies”  şirkətləri tərəfindən seminarlar təşkil olunacaq. Həmçinin, may ayının 13-də “TransCaspian 2015” sərgisi çərçivəsində "Stadler Rail Group" şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında müqavilənin imzalanma mərasimi keçiriləcək.

Hər iki sərgi ilk gündən etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgilərə rəsmi dəstək verirlər. “TransCaspian” sərgisi nəqliyyat sənayesi üzrə aparıcı təşkilat - “ТРАСЕКА” ilə sıx əməkdaşlıq edir.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN