Bu gün Bakı Ekspo Mərkəzində Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” (“TransCaspian 2016”) və Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road&Traffic 2016”) sərgilərinin sonuncu iş günüdür. “TransCaspian” sərgisinin mirası onun ötən 15 il ərzində Azərbaycanın nəqliyyat sektorunun inkişafına layiqli töhfə verməsidir.
Təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov “TransCaspian” sərgisini, eləcə də bu layihənin ölkədə yol infrastrukturunun möhkəmlənməsinə və bütün sənayenin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir son illərdə yol və nəqliyyat strukturunda böyük inkişafa nail olunduğunu və bu inkişafın müasir innovasiya və texnologiyaların tətbiqi, mühəndislik üzrə həll variantlarının geniş şəkildə istifadəsi nəticəsində əldə edildiyini vurğulayıb.
Sərgidə nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar bir daha səmərəli şəkildə nümayiş olunur, bu sahədə həyata keçirilmiş genişmiqyaslı islahatlar haqqında məlumat verilir. Sərgidə həmçinin yeni sənaye layihələri, beynəlxalq tərəfdaşlıq və birgə müəssisələrin yaradılmasına da diqqət yetirilir. Tədbirdə çoxsaylı KİV nümayəndələrinin iştirakı iqtisadiyyatın qətiyyətlə inkişaf edən bu sahəsinə olan marağın necə yüksək olduğunu sübut edir.
Mətbuat nümayəndələrinə verdikləri müsahibələrdə qonaqlarımız ilk növbədə yerli bazarın strateji əhəmiyyətini, onun perspektivli üstünlüyünü vurğulayıblar. Belə qiymətləndirmənin məntiqi isə aydındır – dünya bazarının iştirakçıları, biznesmenlər və investorlar Azərbaycan iqtisadiyyatına töhfə verməyə böyük maraq göstərirlər və bu da qarşılıqlı faydalı olmaqla yanaşı, əməkdaşlığın növbəti mərhələlərini də formalaşdırır.
Regionun bu mühüm nəqliyyat forumunun əhəmiyyəti yol infrastrukturu sahəsində müasir keyfiyyət və layihələndirmə standartlarına olan münasibəti də müəyyənləşdirir. Sərgidə yerli inşaat işçiləri və layihəçilər, eləcə də dünyanın müxtəlif ölkələrini təmsil edən onların tərəfdaşlarının xidmətlərinin vurğulanması bunu sübut edir. Buna görə də, öz ekspozisiyalarını çoxsaylı ziyarətçilərə təqdim edən Avstriya, Belarus, Almaniya, Qazaxıstan, Litva, Rusiya, Fransa və Türkiyəni təmsil edən təcrübəli mütəxəssislər sərginin fəxri qonaqları olublar.
Sərginin səmərəliliyi təkcə sənaye peşəkarlarının tədbirə axınında deyil, həm də yubiley sərginin dünyanın 9 ölkəsini təmsil edən 75 şirkəti bir araya toplamasıdır. Ötən 15 il ərzində “TransCaspian” sərgisində dünyanın otuzdan artıq ölkəsini təmsil edən təxminən 700 şirkət iştirak edib. Sərgi hər il yeni simaları və yeni şirkətləri cəlb etməklə yanaşı, debütantlara bələdçilik edir və işgüzar proqramın genişləndirilməsinin nə dərəcə də unikal addım olduğunu sübut edir.
Geniş təşkilatçılıq fəaliyyəti yeni iştirakçıların cəlb edilməsinə kömək edib, belə ki, bu il debütantlar sərgi iştirakçılarının 40%-ni təşkil edir. Ənənəvi olaraq, sərgidə kommersiya şirkətləri ilə yanaşı, ölkənin dövlət nəqliyyat strukturları da iştirak edir. Xarici və yerli eksponentlər hərəkət heyəti və dəmiryol infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, eləcə də nəqliyyat-loqistika xidmətləri üzrə texnologiya və avadanlıqları təqdim edir.
“Road & Traffic 2016” sərgisində Azərbaycan, Danimarka, Niderland Krallığı, Türkiyə, Rusiya, Sinqapur, ABŞ, Fransa və Çexiyadan 30 şirkət iştirak edir. “Road & Traffic 2016” sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirməsi və tikintisi üzrə xidmətlər, eləcə də yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yol işarələmə avadanlıqları, yol monitorları, habelə şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatını təqdim edirlər. Şirkətlər nəqliyyat sistemlərinin intellektual idarəetməsi sektoruna böyük maraq göstərirlər və bu sektor çərçivəsində “IMMERGIS” (Fransa), “Wavetronix” (ABŞ) və “AZD Praha” (Çexiya) şirkətləri öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Son vaxtlar, ölkədə ictimai nəqliyyata, onun avtomobil parkının yenilənməsinə və idarə olunmasının təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Bununla əlaqədar olaraq, sərgidə “Azauto” (Isuzu) şirkəti və bu ilin debütantı olan “QAZ-Rus avtobusları” şirkəti iştirak edir.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Bu ildən etibarən, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da sərgiyə dəstək göstərir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.