"TransCaspian" yubiley sərgisinin iştirakçıları tərəfindən istirahət guşəsinin quraşdırılması

"TransCaspian" yubiley sərgisinin iştirakçıları tərəfindən istirahət guşəsinin quraşdırılması

10 may 2016 0000

May ayının 10-da Mərkəzi Nəbatat Bağında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 93 yaşının tamam olması münasibəti ilə xüsusi tədbir keçirildi. Tədbir çərçivəsində 15-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “Transcaspian” sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağının dərin guşəsində şəhər sakinləri üçün istirahət guşəsini quraşdırdılar. Tədbirlərdə əsasən sərgilərin daimi iştirakçıları olan eksponentlərlə yanaşı, sərgilərin təşkilatçıları qismində çıxış edən “Iteca Caspian şirkəti, habelə 15 il ərzində sərgiləri dəstəkləyən və xəbərlərdə bu tədbirlərə böyük diqqət ayıran KİV nümayəndələri iştirak edirdilər.

KİV-nümüyəndələrin arasında: AzTV, AzerTac, İctimai TV, Lider TV, Salamnews, Region TV, Report, МИР ТВ və s iştirak etmişdilər. Istirahət guşəsinin quraşdırılması təşkilatçılar tərəfindən “TransCaspian” və sərgisinin yubileyinə həsr olunmuş əlavə tədbirlər proqramının ilk tədbirinə çevrildi.

Bu il “TransCaspian” sərgisi 11-13 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN