Unikal kolleksiyanın tarixçəsi

Unikal kolleksiyanın tarixçəsi

11 may 2016 0000

Sərgi təşkilatçısı “Iteca Caspian” şirkəti əl sənətkarlığının inkişafını daim dəstəkləmişdir.  Azərbaycanlı usta Rövşən Ənsarinin əl işlərindən ibarət sərgi ziyarətçilər üçün əsl sürpriz olacaq. Sərbəst güləş üzrə peşəkar məşqçi və idman ustası olan Rövşən Ənsari təxminən on beş il əvvəl gözlənilmədən gəmilərin modelləşdirilməsinə meyl edir və müxtəlif növ gəmi modellərini yaratmaqla yanaşı, məşhur tarixi buxar lokomotivləri (parovozlar), təyyarə və digər nəqliyyat vasitələrinin də modellərini toplamağa başlayır.

Bəs niyə “gözlənilmədən”? Bu ailədə yaradıcı şəkildə özünüifadə irsi amil hesab olunur. Rəsm çəkmək, kilim və xalça toxumaq, qrafik təsvirlər yaratmaq bacarığı bu ailədə nəsildən-nəslə ötürülür və Rövşəndə məhz belə bir gözəl hobbi ilə təcəssüm edib. Yeri gəlmişkən, hələ məktəbəqədər yaşda modelləşdirmənin sirlərini öyrənməyə başlayan ustanın övladları da artıq öz atalarının yolu ilə gedirlər.

Usta digər modellərin toplanması prosesində ağac məmulatlarını kifayət qədər peşəkar şəkildə işləməli, alçılamalı, boyamalı, deşməli, lehimləməli, takelaj və rəngli metallarla işləməyi bacarmalı, qiymətli ağac növlərini (məsələn, Venesiya tozağacı və ya Kanada ağcaqayınını) öyrənməlidir. Bundan başqa, belə ustanın yaxşı alətləri də olmalıdır, belə ki, Rövşəndə təkcə pinsetin təxminən 17 növü var. Onun kolleksiyasının bir sıra eksponatları şəxsi kolleksiyalarda, unikal modelləşdirmə həvəskarları və qiymətləndiricilərinin evlərində saxlanılır.

O, öz işindən zövq almaqla yanaşı, hər bir modelin üzərində işləyərkən, bütün diqqətini bu mürəkkəb işə yönəldir. Rövşəndə təxminən on doqquz min detaldan ibarət gəmi maketləri var, belə əl işlərinin yığılmasına isə beş ilə qədər vaxt sərf olunur. Lakin bununla yanaşı, gəmilərin eskizlərini ciddi şəkildə nəzərdən keçirmək də tələb olunur. Bu gün bu maraqlı əsərlər ilk dəfə böyük auditoriyaya təqdim olunur. Bu sərgidə müxtəlif növ, dövr və ölkələrə aid olan gəmi modelləri, eləcə də müxtəlif buxar lokomotivləri (parovozlar) və təyyarə modelləri nümayiş olunacaq.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN