İqor Xaqin, “QAZ” (RF) şirkətlər qrupunun layihə rəhbəri
- Rusiyada kommersiya təyinatlı nəqliyyat vasitələrinin nəhəng istehsalçısı olan “QAZ” şirkətlər qrupunun məhsulları dəfələrlə Azərbaycanda təşkil olunmuş sərgilərdə təqdim edilib. Lakin bir qayda olaraq, bu iştirak xüsusi səciyyə daşıyır, belə ki, biz bu il bazarda möhkəmlənmək və ekspozisiyamızda daha maraqlı hesab etdiyimiz model silsiləsini təqdim etmək qərarına gəlmişik.
“QAZ” şirkətlər qrupunda yüngül və orta tonnajlı kommersiya təyinatlı avtomobillər, habelə avtobuslar, ağır yük maşınları, minik avtomobilləri, güc aqreqatları və avtomobil hissələri istehsal olunur. Ümumilikdə, şirkət Rusiyanın 8 regionunda yerləşən 13 müəssisəni özündə birləşdirir. Şirkətin aparıcı məhsulu “QAZel NEXT” brendli yeni nəsil kommersiya təyinatlı minik avtomobilləridir.
Şübhəsiz ki, bu sərgi regional bazarın əsas tədbiridir. Biz bu il qarşımıza bir sıra məqsədlər qoymuşuq ki bunlardan da biri məhsulun əsil simasını istehlakçılara göstərməkdir. Ola bilsin ki, heç də Azərbaycandakı bütün sifarişçilər “QAZ” brendinin yenilənmiş modellərini tanımırlar. Biz həmçinin yeni “NEXT” məhsul silsiləsi barədə ziyarətçilərə məlumat vermək niyyətindəyik.
Nəzərə almaq lazımdır ki, Azərbaycan bazarının potensialı “QAZ” şirkətlər qrupu üçün mühüm əhəmiyyət kəsb edir. Şirkətimiz yerli bazardakı tərəfdaşlarımızla kifayət qədər uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. “QAZ” şirkətlər qrupu istər Azərbaycanın dövlət sifarişçiləri, istərsə də özəl şirkətləri ilə sıx əlaqələrə malikdir və biz mövcud əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik.