Azərbaycan şirkətləri arasında potensial tərəfdaşlar tapdıq
4 i̇yun 2025
0000
Polina Paşennix,
“BMH Rus” ASC-nin logistika şöbəsinin rəhbəri
Bakıda keçirilən sərgiyə logistika xidmətləri sahəsində tərəfdaş axtarışı ilə gəldim. İndiyədək Azərbaycanla biznes əlaqələrimiz olmayıb. Lakin yeni layihələr nəzərə alınaraq, A nöqtəsindən B nöqtəsinə logistika xidmətləri göstərən daşıyıcıların tapılması zəruri oldu. Bu baxımdan ünsiyyət qurmaq və əməkdaşlıq yaratmaq üçün sərgidən yaxşı imkan tapmaq çətindir. Əsas marağımız İran üzərindən Şimal-Cənub marşrutu ilə yüklərin daşınması idi. Bu marşrutun təhlili çərçivəsində Çinli həmkarlarımızla tanış olduq və onların ölkəsindən yüklərin daşınması mövzusunda müzakirələr apardıq.
"TransCaspian" sərgisi şübhəsiz ki, böyükmiqyaslıdır və burada bir çox xarici şirkətlər geniş şəkildə təmsil olunub. Bakı səfərimiz ilk olsa da, sərgidə uzun müddətdir uğurla əməkdaşlıq etdiyimiz müxtəlif ölkələrdən olan tərəfdaşlarla görüşdük. Bundan başqa, Azərbaycan şirkətləri arasında da bizim üçün hələ yeni olan daşımaların həyata keçirilməsi üçün bir çox potensial tərəfdaşlar tapdıq.
"TransCaspian" sərgisində tanınmış logistika şirkətlərinin iştirakı bu tədbirin yükdaşıma sahəsində nə qədər önəmli olduğunu göstərir. Biz özümüz də sərgilərdə fəal iştirak edirik, onların funksionallığını və tələbini yaxşı başa düşürük və hesab edirik ki, hər hansı bir təşkilatın belə genişmiqyaslı tədbirdə iştirakı onun etibarlı şirkət olduğunu və onunla biznes əlaqələri qurmağın mümkünlüyünü sübut edir. Şəxsi üz-üzə görüşlər və sərgi çərçivəsində aparılan danışıqlar isə həmişə gələcəkdə səmərəli əməkdaşlığın zəmanətidir.