Böyük İpək Yolu marşrutlarının dirçəlişində yeni ənənələr
3 i̇yun 2026
0000
İnayət Abdullayev — “UTK” şirkətinin multimodal daşımalar və bəyanetmə şöbəsinin aparıcı mütəxəssisi
Özbəkistan şirkətimiz MDB ölkələri üzrə konteyner daşımaları sahəsində fəaliyyət göstərir. “Translogistica Caspian” sərgisinə əsas məqsədimiz yeni tərəfdaşların tapılması, eləcə də logistika və dəmir yolu daşımaları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsidir. Biz konteyner daşımaları və nəqliyyat dəhlizlərinin inkişafı ilə məşğul olan təşkilatlarla birgə nümayəndəliklərin açılmasında və əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Xüsusilə əlavə yük həcmlərinin, o cümlədən soyuducu (refrijerator) daşımalarının cəlb olunmasına önəm veririk. Biz yeni istiqamətlərin inkişafına hazırıq və Azərbaycan bazarında fəal şəkildə fəaliyyət göstərmək niyyətindəyik.
Sərgidə artıq ikinci gündür ki, iştirak edirik. Burada müsbət atmosfer hökm sürür, həmkarlarla səmimi və işgüzar görüşlər bizi sevindirir. Bir neçə şirkətlə danışıqlar apararaq ilkin əməkdaşlıq razılaşmalarına nail olmuşuq. Səfər çərçivəsində eyni zamanda Ələt limanına baş çəkməyi və sahə nümayəndələri ilə əlavə görüşlər keçirməyi planlaşdırırıq.
Əməkdaşlığa olan maraq o qədər yüksək oldu ki, ilk danışıqlardan sonra Özbəkistandakı şirkət rəhbərliyi əlavə nümayəndələrini Bakıya göndərərək danışıqların davam etdirilməsi və əməkdaşlıq sazişlərinin hazırlanması prosesinə qoşulub.
Bu gün beynəlxalq logistika marşrutları sürətlə dəyişir və Mərkəzi Asiya ölkələri yeni nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır. Biz Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan–Türkiyə–Avropa marşrutunun inkişafında böyük perspektivlər görürük.
Şirkətimiz bu istiqamətdə mövqeyini daha da gücləndirib. Çin və Qırğızıstanda tərəfdaş strukturlarımız və nümayəndəliklərimiz fəaliyyət göstərir və biz bu nəqliyyat dəhlizinin inkişafında fəal iştirak etməyi planlaşdırırıq. Bu planların uğurla həyata keçirilməsi üçün Azərbaycanda etibarlı tərəfdaşlara ehtiyacımız var. Buna görə də Azərbaycan bazarını gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndiririk. Sərgi bu cür tərəfdaşlıqların qurulmasında bizə böyük dəstək oldu.