Anna Şkolnaya, "AsstrA-Associated Traffic AG" şirkətinin inkişaf üzrə direktor müavini:
"AsstrA-Associated Traffic AG" 1993-cü ildə Sürixdə (İsveçrə) yaradılmış beynəlxalq nəqliyyat və logistika şirkətləri qrupudur və bu gün bütün nəqliyyat və logistika xidmətlərini ən yüksək dünya standartlarına uyğun şəkildə təmin edir. "AsstrA" Avropa, MDB, Asiya ölkələrində və ABŞ-də təmsil olunur və xidmətin keyfiyyəti və həcmi, müştərilər üçün ən geniş imkanları ilə nəzərəçarpacaq dərəcədə fərqlənir.
"TransLogistica Caspian" sərgisində iştirak tərəfdaşlarla, müştərilərlə görüşmək, mövcud reallıqları, logistika tendensiyalarını və gələcək planları müzakirə etmək, perspektiv planları bölüşmək və öz imkanlarının şərti təqdimatlarını keçirmək imkanı verir. Qeyd edim ki, Azərbaycanı çox perspektivli region kimi qiymətləndiririk. "AsstrA" burada fəal inkişaf edir, buna görə də tərəfdaşlarla görüşmək bizim üçün maraqlıdır. Bu nöqteyi-nəzərdən "TransLogistica Caspian" biznesin inkişafı, brendin potensial böyüməsi üçün əvəzolunmaz platformadır.