Azərbaycanın Logistika Sahəsindəki Potensialı Böyüyür!

Azərbaycanın Logistika Sahəsindəki Potensialı Böyüyür!

3 i̇yun 2025 0000
Tural Məmmədov, Ikra Logistika şirkətinin Satış Direktoru

Logistika və anbar xidmətləri sahəsində ixtisaslaşan Ikra Logistika şirkəti son illərdə TransCaspian sərgisinin daimi iştirakçısıdır. İştirak məqsədimiz ənənəvidir – bazarı öyrənmək, yeni əlaqələr və tanışlıqlar qurmaq, biznesi inkişaf etdirmək və logistika sahəsindəki yeni trendlərlə tanış olmaq.
Bizim üçün sərgi, hər zaman ötən il ərzindəki işlərimizin hesabatıdır. Bu il biz beynəlxalq əlaqələrimizi genişləndirərək Dubayda yeni nümayəndəlik açdıq, Çinlə daşımalarımızı artırdıq və indi Çinlə konteyner daşımaları həyata keçiririk.
Azərbaycan həmişə beynəlxalq ticarət üçün vacib bir tranzit mərkəzi olub və qalır. Sərgi ölkəmizə artan marağı aydın şəkildə göstərir. Caspian Oil & Gas sərgisinin 30 illik yubileyi müasir Azərbaycanın mühüm bir tarix parçasıdır. Sərgi, demək olar ki, ölkəmizin müstəqillik əldə etməsi ilə üst-üstə düşür. 1992-ci ildə yaradılan şirkətimiz də bu yolu keçib və biz, doğma yurdumuzla birlikdə layiqincə inkişaf etdiyimiz üçün qürur duyuruq, müasir Azərbaycanın bir çox layihələrində iştirak etmişik.
Sərgiyə firavanlıq və uğurlu gələcək arzulayıram. Azərbaycanın logistika sahəsindəki potensialı çox böyüyür. İnkişaf etmək üçün çox geniş imkanlarımız var və sərgi bu inkişafın ən vacib lokomotivlərindən biridir.

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN