Azərbaycanın logistika sektoruna uğurlu dəstək
31 may 2023
0000
Tural Məmmədov, IKRA Logistika MMC-nin Satış şöbəsinin müdiri:
Öz seqmentində Azərbaycanın ən böyük şirkətlərindən biri olan IKRA Logistika artıq 5 ildir ki, TransLogistica Caspian sərgisində iştirak edir. Fikrimizcə, bu, Azərbaycanın logistika sektorunun dəstəklənməsinə xidmət edir və eyni zamanda şirkətin imicinə, potensialının saxlanmasına və inkişafına müsbət təsir göstərir. Çünki heç də hər bazar iştirakçısı lazımi resurslara malik deyil və öz nailiyyətlərini düzgün təqdim edə bilmir.
Bundan əlavə, sərgi mövcud işgüzar münasibətlərin təhlükəsizliyini təmin edir, yeni müştərilərin tapılmasına və yeni bazarlara çıxışa yardım edir. Bilirsiniz, perspektivli əlaqələr tapmaq çətin deyil, onları saxlamaq daha çətindir. Belə olduqda, sərgi kimi bir vasitə köməyə gəlir. Əvvəlki illərdə iştirak uğurlu olmuşdur, ümid edirik ki, bu il də “TransLogistica Caspian”ın nəticələri ilə fəxr edə biləcəyik.
IKRA Logistika əsasən Türkiyə və Avropa ölkələri ilə işləyir, lakin aktivlərimizə Uzaq Şərq, ABŞ, Afrika və Ərəb dünyası ölkələri də daxildir. Düşünürəm ki, yaxın gələcəkdə biz öz biznesimizi genişləndirərək, ölkəmizin iqtisadiyyatının inkişafına daha da böyük töhfələr verə biləcəyik