Azərbaycanda fəaliyyətimizi inkişaf etdirməyi planlaşdırırıq

Azərbaycanda fəaliyyətimizi inkişaf etdirməyi planlaşdırırıq

3 i̇yun 2026 0000
Əli Gökdəmir, “Miran Lojistik” şirkətinin direktoru

Şirkətimizin həm Türkiyədə, həm də Böyük Britaniyada ofisləri fəaliyyət göstərir. Türkiyədə İstanbul, Bursa və Mersin şəhərlərində filiallarımız var. Əsas fəaliyyət istiqamətimiz yükdaşımalarıdır. Avropa ölkələrindən Türkiyə, eləcə də İrana, Iraqa qədər avtomobil nəqliyyatı ilə daşınması mümkün olan bütün istiqamətlərə öz nəqliyyat vasitələrimizlə xidmət göstəririk.

Daşımaları əsasən birbaşa həyata keçiririk. Azərbaycan bizim üçün mühüm bazarlardan biridir və burada fəaliyyətimizi daha da genişləndirmək istəyirik. Buna görə də şirkətimizin infrastrukturunu, marketinq fəaliyyətini, personalı və nəqliyyat parkını bu bazarın tələblərinə uyğun şəkildə inkişaf etdiririk və sərgi ziyarətçilərinə təqdim edirik.

Bütün nəqliyyat vasitələrimiz tentli yük maşınlarıdır. Bununla yanaşı, ağır və iriölçülü yüklərin daşınması üçün xüsusi texnikamız da mövcuddur. Xüsusilə Böyük Britaniya və İrlandiyadan Azərbaycana birbaşa daşımalar təşkil edirik. Bundan əlavə, Avropanın digər ölkələrindən də yüklər daşınır. Bu, əsasən sənaye məhsullarıdır. Qida məhsullarının payı çox azdır. Azərbaycanın iqtisadiyyatında neft sektoru mühüm yer tutduğu üçün əsasən bu sahə ilə bağlı avadanlıqlar, texnika, borular, maşın və mexanizmlərin daşınmasını həyata keçiririk.

Təxminən 20 ildir ki, Azərbaycana daşımalar həyata keçiririk. Son bir ildə isə fəaliyyətimizi daha da genişləndirmişik və gələcəkdə bunu daha da artırmaq niyyətindəyik. Bu səbəbdən Azərbaycana səfər etmişik. 2026, 2027 və 2028-ci illərdə Azərbaycanda fəaliyyətimizi daha böyük həcmdə inkişaf etdirməyi planlaşdırırıq.  Hazırda Azərbaycanda nümayəndəliyimiz yoxdur. Lakin belə bir planımız mövcuddur. Bu səfərdən sonra həmin istiqamətdə müəyyən addımlar atmağı nəzərdə tuturuq.

Biz ilk dəfədir ki, Azərbaycanda logistika sərgisində iştirak edirik.  Əsas məqsədimiz burada olan müştərilərimizlə görüşməkdir və əlbəttə ki şirkətimizi tanıtmaqdır. Bu iki gün ərzində həm mövcud tərəfdaşlarımız bizi ziyarət etdilər, həm də indiyədək tanımadığımız yeni şirkət və insanlarla görüşmək imkanımız oldu. Öz xidmətlərimizi təqdim etdik, onların fəaliyyət istiqamətləri ilə tanış olduq. İnanıram ki, bu görüşlərin bir çoxu gələcək əməkdaşlıqlara çevriləcək.Sərgidən çox razı qaldıq. Növbəti sərgilərdə həm ziyarətçi və iştirakşı kimi qatılmağı düşünürük.

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN