İranın Zagros Logistics şirkəti beynəlxalq daşımalarla məşğuldur. Sərgiyə yeni tanışlıqlar tapmaq, şirkətimizin imicini nümayiş etdirmək və xidmətlərimizı təklif etmək məqsədi ilə gəlmişəm. Burada danışıqlar aparmaq və təcrübə mübadiləsi keçirməkdə maraqlı olan xarici şirkətlərin çox olması məni sevindirir. Uzun müddətdir əməkdaşlıq etdiyimiz Sara Logistics və İkra şirkətlərinin nümayəndələri ilə görüşdüm, həm də özüm üçün yeni firmalar kəşf etdim və onların stendləri ilə tanış oldum.
Şirkətimiz daşımaları müəyyən marşrutlar üzrə həyata keçirir, lakin digər istiqamətlər də mövcuddur. Əvvəllər Çindən dəniz yolu ilə gətirilən mallar indi dəmir yolu ilə çatdırılır. Alternativ nəqliyyat variantları təklif etmək üçün tərəfdaşlar tapmaq niyyətindəyəm. Şadam ki, bu arzumu həyata keçirə bildim.
Bu cür sərgilərin keçirilməsi, şübhəsiz ki, çox vacibdir. Xüsusilə yerli bazarda özlərini təsdiqləmək və dünya səviyyəsinə çatmaq istəyən şirkətlər üçün faydalıdır. Düşünürəm ki, sərgi ilə bağlı daha çox reklam onun iştirakçılar və ziyarətçilər üçün cəlbediciliyini artırardı.
Ümumilikdə, hər şeyi bəyəndim. Çox xoş bir mühit. İnsanlar bir-biri ilə ünsiyyət qurur, məlumat mübadiləsi aparır, yeni bir şeylər öyrənirlər. Şirkətimin yük daşınması marşrutlarının xəritəsinə daxil ediləcək bir sıra təkliflərlə tanış oldum. Alternativ marşrutlar həmişə yaxşıdır, çünki müştərilərimiz üçün təklif portfelini genişləndirirlər. Düşünürəm ki, gələn il biz bu sərginin iştirakçısı ola və öz stendimizi sərgiləyə bilərik.
Aydın Dallaeilman, Zagros Logistics şirkətinin baş icraçı direktoru