Böyük tonajlı yükdaşıma bazarında layiqli yer
31 may 2023
0000
Turan Əmirov, One Touch Trade & Logistics şirkətinin marketinq meneceri:
One Touch Trade & Logistics beş ildir fəaliyyət göstərir və Azərbaycanın ağır tonajlı yükdaşıma bazarında iri ekspeditor şirkətidir. Bu müddət ərzində biz yükgöndərənlərlə bir çox uğurlu layihələr həyata keçirmişik və Azərbaycan və MDB ölkələrinin nəqliyyat və logistika bazarının aparıcı iştirakçısına çevrilmişik. Biz əsasən Rusiyadan, İrandan Hindistana, Çinə, Şimali Afrikaya və Avropaya yüklərin daşınmasına diqqətimizi yönəlmişik.
Bundan əlavə, biz terminal əməliyyatları həyata keçiririk və anbar logistikası ilə məşğul oluruq. Peşəkar fəaliyyətimizin digər mühüm sahəsi isə konsaltinq xidmətləridir.
One Touch Trade & Logistics-in əsas vəzifəsi ölkələr və biznes arasında körpü yaratmaqdır. Azərbaycan dünya bazarında ciddi iştirakçı kimi mövqeyini ildən-ilə möhkəmləndirir və biz daha çox dövlətin dövlətimizlə əməkdaşlıq etməsində maraqlıyıq. Bu baxımdan TransLogistica Caspian sərgisində iştirak çox vacibdir və şirkətimizin nüfüzuna müsbət təsir edir və qlobal bir şirkətə çevrilməyimizə kömək edir.