Məhəmməd Ziyauddin Əhməd, AZKA GLOBAL FZC şirkətlər qrupunun baş direktoru
Mən Azərbaycana məhz çox faydalı hesab etdiyim Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumunda iştirak etmək üçün gəlmişəm. Bizim şirkətimiz kompleks və fərdi logistika həlləri təklif edir. Burada görüşdüyüm insanlarla ünsiyyət məndə çox xoş təəssüratlar yaratdı. Belə bir fürsətdən yararlanmağımdan çox məmnunam.
Bu sərgini Rusiya, Cənub-Şərq və Asiyanı birləşdirən dəhliz hesab edirəm.
Tədbirin yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulamaq istərdim – hər şey düşünülmüş və əlverişlidir. Buraya şirkətimizlə birlikdə iştirakçı qismində gəlməyə müvəffəq olacağıma ümid edirəm, çünki belə tədbirlərdə iştirakın faydaları hədsizdir.