Bu gün ilk dəfədir ki, Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edirəm. Məni daha çox tranzit daşımalarının logistikasının inkişafı və yüklərin idxalı imkanları maraqlandırır. Təmsil etdiyim “Railana Multimodal” şirkəti dəmir yolu və avtomobil daşımaları üzrə xidmətlər göstərir. Biz Avropadan Azərbaycana və Mərkəzi Asiyaya kimyəvi məhsullardan tutmuş qida məhsullarınadək hər şey nəql edirik.
İdxal sənayesində biz Azərbaycanın “Embawood” şirkəti ilə əməkdaşlıq etmişik. Bundan əlavə, Azərbaycan "Borjomi” şirkətinin məhsullarını nəql etdiyimiz tranzit ölkədir.
Sərgilərdə tez-tez iştirak edirəm. “Translogistica Caspian” sərgisi nisbətən kiçik sərgi olsa da, burada insanlar dialoqa açıqdırlar. Burada özünüzü diqqətdənkənar hiss etməyəcəksiniz.
“Railana Multimodal” şirkəti dəmir yolu daşımaları üzrə yüksək səviyyəli xidmət göstərir, ona görə də həm mən tərəfdən, həm də gələcək tərəfdaşlardan çoxlu təkliflər oldu. Avtomobillərin sərhəddə uzun müddət gözləməli olduğu sərhəd keçid-məntəqələrinin buraxılış gücünün aşağı olması ilə bağlı mövcud vəziyyəti də nəzərə alsaq, dəmir yolu dəqiq işləyir. Bu bizə əlavə üstünlüklər qazandırır.
Onu da qeyd etmək lazımdır ki, marşrutların dəyişməsi məhsulların bahalaşmasına səbəb olub. Buna baxmayaraq, tələb var, deməli təklif də var.
Əgər əvvələr marşrutun İrana qədər uzandığı hal istisna olmaqla, digər hallarda yüklərin 90%-ni Rusiya vasitəsilə daşıyırdıqsa və Azərbaycan tranzit ölkə kimi qəbul edilmirdisə, hazırda Azərbaycan və Gürcüstan əsas tranzit ölkələrə çevrilib.
Şadam ki, Bakıya gəlmişəm və ixtisaslaşmış sərgidə iştirak edirəm. Bu cür tədbirlər vacibdir, çünki eyni məkanda yeni təkliflərlə gələn köhnə dostlarla görüşməyə imkan yaradır. Bəli, internetdə məlumat var, lakin sərgilərdə məlumat həcmi daha çoxdur. Digər tərəfdən, burada şirkətini təmsil edən tərəfdaş daha çox etibara layiqdir. Canlı ünsiyyət virtual platformalar qarşısında hər zaman prioritet olub.
Andryus Gedris, RAILANA MULTIMODAL şirkətinin kommersiya direktoru