Gələcəkdə buraya öz stendimizlə gəlmək əla olardı

Gələcəkdə buraya öz stendimizlə gəlmək əla olardı

3 i̇yun 2023 0000

Könül Cəfərova, logistika üzrə menecer, Hilti Azerbaijan

Mən tikinti şirkətində, logistika şöbəsində işləyirəm. "Nəqliyyat, Tranzit və Logistika" çox mötəbər və böyük sərgidir. Daşınma mövzuları üzrə gələcək əməkdaşlıq üçün faydalı əlaqələr tapmaq məqsədilə buraya gəlmişəm. Sərgidə çox sayda həm xarici, həm də MDB şirkətləri var ki, bu da bizim üçün əlverişli perspektivlər açır, çünki layihələrdən asılı olaraq müxtəlif ölkələrdən əlaqələrə ehtiyacımız var.

Həm quru, həm də dəniz nəqliyyatı ilə maraqlanırıq. Hər şey olduqca gözəl və ən əsası keyfiyyətli görünür. Ətrafdakı ziyarətçilərin və təcrübəli mütəxəssislərin sayı gözləntilərimi üstələyir, amma qeyd etmək vacibdir ki, burada heç bir hay-küy və ya basırıqlıq yoxdur. Hər şey dəqiq və yaxşı düşünülmüş şəkildə təşkil edilib. Hesab edirəm ki, buraya öz stendimizlə gəlmək əla olardı, çünki bu, yeni müştərilər və tərəfdaşlar axtaran şirkətlər üçün böyük imkanlar açır.


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN