Gələn il sərgidə iştirak etməyi planlaşdırırıq

Gələn il sərgidə iştirak etməyi planlaşdırırıq

21 i̇yun 2023 0000

Rayvis Vayvods, Prescott Freight Ltd.

Mən sərgiyə Latviyanın Riqa şəhərindən yeni müştərilər və potensial tərəfdaşlar axtarmaq üçün gəlmişəm. Burada mən Prescott Freight logistika şirkətini təmsil edirəm. Ümumiyyətlə, sərgini çox bəyənirəm, hər şey yaxşı təşkil olunub. Komandam və mən cəmi 20 dəqiqə buradayıq və biz artıq yeni əlaqələr əldə etməyi və potensial müştərilərlə görüşməyi bacarmışıq. Sərgidə çoxlu sayda nəqliyyat şirkətlərinin iştirak etdiyini qeyd etmək istərdim. Şirkətimiz yerli və xarici şirkətlərə təklif edə biləcəyimiz müxtəlif növ yük daşımaları üzrə xidmətlər göstərdiyi üçün gələn il stendimizlə buraya gəlməyi düşündük. Mən şadam ki, sərgi daha iki - neft-qaz və enerji ilə yanaşı keçirilir. Burada tapdığımız müştərilərin bəziləri bu iki sahəyə aiddir. Ümid edirəm ki, gələn il bura bir daha gələ biləcəyik.


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN