Mixail Boyko, "Sinara-Nəqliyyat maşınları" SC-nin baş direktorunun marketinq üzrə müavini
"Sinara – Nəqliyyat maşınları" holdinqi (STM, "Sinara" qrupuna daxildir) – lokomotivlərin, ixtisaslaşdırılmış dəmir yolu avadanlıqlarının və dizel sənaye qurğularının işlənib hazırlanması, istehsalı və texniki xidməti üzrə Rusiya şirkətlərinin elmi, texniki və istehsal potensialını birləşdirən maşınqayırma müəssisəsidir. Azərbaycan Respublikasındakı müştərilərimizə magistral daşımaların və zavoddaxili logistikanın inkişafına kömək edə biləcək dəmir yolu texnikamızın bütün xətti ilə tanış olmağı təklif edirik – bu həm teplovozların geniş çeşidi, həm də müxtəlif yol maşınlarıdır.
"Sinara – Nəqliyyat maşınları" holdinqi Azərbaycan Respublikasının sənaye şirkətlərinə geniş çeşiddə istehsal etdiyi məhsulları təklif etməyə hazırdır. Manevr və manevr-daşıma lokomotivlərimizin gücü 0,5 ilə 2,5 min at gücü arasında dəyişir ki, bu da zavoddaxili logistikanın təşkili çərçivəsində bütün növ işlərin yerinə yetirilməsini təmin edir.
STM müxtəlif güc seriyaları ilə yanaşı, alternativ yanacaqla işləyən lokomotivləri də azərbaycanlı müştərilərinə tədarük etməyə hazırdır. Söhbət əsas enerji mənbəyi kimi mayeləşdirilmiş təbii qazdan istifadə edən innovativ ТЭМГ1 maşınından gedir. Qeyd edim ki, bu, bir növ lokomotivdir – 1520 ölçülü dəmir yolu məkanında heç bir dəmir yolu avadanlığı istehsalçısında özünün istehsal etdiyi bu cür maşınlar yoxdur.
STM-in başqa bir fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, biz bütün istismar dövrü ərzində avadanlıqlara texniki xidmət dəstəyi təklif etməyə hazırıq. Holdinqin strukturunda xüsusi xidmət bölməsi – teplovozlara həm zəmanət dəstəyi, həm də zəmanət sonrası dövrdə bir sıra xidmətlər göstərən "SinaraPRO" şirkəti yaradıldı (texniki xidmət, habelə cari, zavod və plandankənar təmir daxil olmaqla).
"TransLogistica Caspian" beynəlxalq sərgisi Azərbaycan Respublikasında potensial müştərilərlə dialoqun aparılması üçün ən səmərəli platformadır. Tədbirdə dəmir yolu infrastrukturunun genişləndirilməsi və inkişafı imkanlarını nəzərdən keçirən bütün iri sənaye şirkətləri iştirak edir. Qarşıdan gələn sərgi zamanı biz bu işdə maraqlı olan müəssisələrlə əməkdaşlığın texniki, istismar və kommersiya aspektlərini müzakirə etməyi planlaşdırırıq.