Gələn il də sərgiyə qatılmağı düşünürük

Gələn il də sərgiyə qatılmağı düşünürük

2 i̇yun 2026 0000
Ülvi Ocaql,  “Sara Logistika” MMC -nin direktoru

Bizim şirkət 2021-ci ildə Azərbaycan Dəmir Yollarının baş ekspeditor statusunda təsis olunub. Nizamnamə kapitalı 1 milyon 700 min manat təşkil edir. Azərbaycanda Dəmir Yolu sektorunda özəl müəssisə statusunda çıxış edən ilk müəssisələrdənik. Sara Logistika özünün vaqon parkı olan və eyni zamanda  vaqon parkında yetərincə sayda vaqonu olan yeganə müəssisədir. Qeyd edim ki, bu il bizim üçün əlamətdar ildir. Biz ənənəvi dəmiryolçu statusundan çıxırıq. Belə ki, bizdə multimodal daşımalar departamenti yaradılıb – quru nəqliyyat departamenti. Yeni marşrutlar əlavə etmişik. Məsələn, biz əvvələr İran İslam Respublikasının ərazisinə girə bilmirdik, yəni ancaq Astara terminalına qədər hərəkət edə bilirdik. Artıq bu ildən etibarən İran İslam Respublikasının istənilən nöqtəsinə, hətta Pakistana qədər gedib çıxa bilirik.

Bundan əlavə Əfqanıstanla münasibətlərin düzəldilməsi fonunda bu ölkəyə yüklərin daşınması, neft və neft məhsullarının, benzin və benzin məhsullarının daşınması icra olunub. Digər tərəfdən yeni növ maşınlar almışıq. Hansı ki, artıq Ref daşımalarını icra edirik Digər əlamətdar hadisə odur ki, vaqon parkımızı genişləndirmişik, məsələn qapalı tipli vaqonlarımız var. Bunlar hamısı bizim yeniliklərimizdir. Bunların hamısını sərgi ziyarətçilərinə nümayiş edirik.

Biz artıq iri müəssisələrlə əmakdaşlıq etməyi düşünürük. Nümunə olaraq deyim ki,  Gürcüstandan “KFC“ şirkəti üçün toyuq ayaqlarının daşınması prosesinə başlamışıq. Bu yeni layihələrimizdəndir. Zəngəzurla bağlı da addımlar atılacaq. Bizim üçün qürur verən amil odur ki, Azərbaycan artıq bütün yolların qovşağında çıxış edən ölkədir. Biz də bu prosesdə yer alan bir müəssisə olaraq əlimizdən gələn bütün dəstəyi etməyə hazırıq.


Gələn il də sərgiyə qatılmağı düşünürük. Bunun daha geniş formatlı olmasını istəyirik. Sərgidən gözləntilərimiz  böyükdür. Sərginin keçirilməsi təşkilatçılar tərəfindən bizə yaratdığı çox maraqlı və mühüm hadisədir. Məsələn, ötən ilin sərgidə içtirakı bizim üçün Gürcüstan bazarına daha rahat çıxışımıza imkan yaratmışdır. Düşünürəm ki, ölkəmizdə yük həcmlərinin yetərincə artmasına səbəblərdən biri elə bu сür tədbirin olmasıdır.

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN