İmkanlar nümayiş etdirmək üçün əla platforma

İmkanlar nümayiş etdirmək üçün əla platforma

31 may 2023 0000
Elşad Namazov, Abşeron Logistika Mərkəzinin Marketinq şöbəsinin müdiri:

“Abşeron” bütün növ logistik əməliyyatlarla məşğuldur. Xidmətlərimizə həm ölkədaxili, həm də beynəlxalq daşımalar, anbarda yüklərin saxlanılması və sair daxildir.

Biz hər il TransLogistica Caspian sərgisində iştirak edirik. Bu, imkanlarınızı nümayiş etdirmək üçün əla platformadır. Bu cür tədbirlər həm də şirkətin nüfuzuna təsir göstərildiyi üçün önəmlidir.

Əsas məqsədimiz yeni potensial tərəfdaşlarla tanış olmaq və işgüzar əlaqələri genişləndirməkdir. Ümid edirik ki, bu il biz daha çox əlaqələr qura və biznesin daha yüksək səviyyəsinə çata biləcəyik. Əsas istiqamətimiz Rusiya və digər MDB ölkələridir.

Şadam ki, bu il sərgi daha genişdir, üstəlik, bu sərgi Caspian Oil & Gas sərigisi ilə paralel keçirilir ki, bu da böyük auditoriyanın olmasını təmin edir. Bu gözəl tədbirlərin təşkilatçılarına minnətdarlığımı bildirir, onlara və bütün iştirakçılara uğurlar arzulayıram!

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN