Minlərlə tonluq qabaritsiz yüklərin daşınması üçün texnika
2 i̇yun 2026
0000
Yelena Malyutina, Şərqi, Mərkəzi Avropa və İsrail ərazisi üzrə “Faymonville” şirkətinin satış meneceri
Lüksenburq-Belçika birgə şirkəti 15 tondan 25 min tona qədər qabaritsiz yüklərin daşınması üçün yarımqoşqular istehsal edir. Lüksenburqda iki, İtaliya, Belçika və Polşanın hər birində isə bir zavodumuz var. Hazırda fəaliyyətimizi genişləndiririk və Amerikada yeni zavod tikirik. İşçilərimizin sayı 2000 nəfərə çatır.
Biz daim inkişaf edirik. Məsələn, külək turbinlərinin (dəyirmanlarının) daşınması üçün yeni layihələrimiz var. Bura külək turbinlərinin pərlərini fırlatmağa, onları qaldırıb-endirməyə imkan verən “Bladelifter” kimi texnikalar daxildir ki, bu da yükləri şəhər və dağ şəraitində daşımaq imkanı yaradır.
Biz Azərbaycanla uzun müddətdir və aktiv şəkildə əməkdaşlıq edirik. Məhsullarımızdan “Körpü Bina Tikinti”, “Evrascon” və “ATF” kimi iri yerli şirkətlər istifadə edir. Həmçinin sizin neft sənayeniz üçün də layihələrimiz var – məsələn, zavod ərazisində 500 ton və 1000 ton çəkidə yükləri daşıya bilən transportyorlar.
Biz vaxtaşırı olaraq “Caspian Oil & Gas” sərgisində iştirak edirik və bu sərgi hər zaman bizim üçün səmərəli olub. Sərginin yüksək səviyyəli təşkilatçılığını qeyd edərək, burada daha çox yerli nəqliyyat şirkətini görmək istərdik. Bildiyim qədərilə, Azərbaycanda bu qəbildən olan şirkətlərin sayı az deyil. Artıq “Shinkar” və “Azkran” şirkətlərinin nümayəndələri ilə bir sıra maraqlı görüşlərimiz baş tutub. Məhsullarımız yüksək keyfiyyətlidir, illərlə istismar olunur və Azərbaycanda özünü mükəmməl şəkildə doğruldub. Azərbaycanlı alıcı keyfiyyətə üstünlük verir. Biz isə bu keyfiyyəti təmin etməyə qadirik.