Müasir aqrokompleksin həyatı

Müasir aqrokompleksin həyatı

6 i̇yun 2024 0000

Aqrokompleksimiz 2023-cü ildə istifadəyə verilib. İdxal-ixrac prosedurlarını, eləcə də tranzit əməliyyatlarını sadələşdirmək məqsədilə “Food City Aqrokompleks” yerli və xarici istehsalçılara, eləcə də meyvə-tərəvəz tədarükçülərinə geniş çeşiddə xidmətlər göstərir.

Kompleksin ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş infrastruktur zonaları - logistika mərkəzi, “Bir pəncərə” sistemi, qida təhlükəsizliyi laboratoriyası, soyuducu anbar kompleksi, ictimai iaşə obyektləri yerləşir. Bölgənin ən böyük qida təhlükəsizliyi laboratoriyasında gündəlik 24 növ təhlil və 400-dən çox sayda test aparılır.

“Bir pəncərə” sistemi kənd təsərrüfatı və digər məhsulların rəsmiləşdirilməsində və daşınmasında iştirak edən dövlət qurumlarının və özəl müəssisələrin birgə fəaliyyətini təmin edir. Ötən müddət ərzində terminalımızdan “Bir pəncərə” sistemi ilə 16 min yük maşını və 1200-ə yaxın vaqon yola salınıb. Biz sanitar-gigiyenik tələblərə riayət etməklə eyni vaxtda 65-ə yaxın vaqon yükləyə bilirik.

Aqrokompleksin ərazisində 74 kameradan ibarət böyük soyuducu anbar tikilib. Buranın tutumu 18 min tona qədərdir. Bizdə həmçinin meyvələrin çeşidlənməsi, kalibrləməsi və paletləməsi üçün iki aparat da var. Təkcə ötən il ərzində 500 tona yaxın gilas çeşidlənib.

Terminalda yük maşınlarının ox yüklərini və statistik çəkilərini ölçmək üçün tərəzilər var. Burada gündəlik 200 maşına xidmət göstərilir. Eyni zamanda yük maşını haqqında bütün məlumatlar sərhədə ötürülür ki, bu da onun dövlət sərhədindən keçmə vaxtını azaltmağa imkan verir. Müvəqqəti gömrük anbarı statusuna malik olan anbarlar xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə kompleksin yükaşırma qabiliyyəti ildə 500 min ton təşkil edir.

Şirkətimiz ilk dəfə olaraq “Nəqliyyat, Tranzit, Logistika” Beynəlxalq Sərgisində iştirak edir. Biz ilk növbədə özümüzü tanıtmaq, tərəfdaşlar tapmaq və müştəri bazamızı genişləndirmək istəyirik. Biz sınaq, yoxlama və sertifikatlaşdırma üzrə dünya lideri olan SGS şirkəti ilə artıq əməkdaşlıq müqaviləsi imzalamışıq. Müştərilər müvafiq keyfiyyət sertifikatı alaraq mallarını terminalımızda saxlaya və onun vasitəsilə göndərə bilərlər.

“Food City Aqrokompleks” Azərbaycan ərazisindən multimodal tranzit daşıma xidmətləri göstərdiyi üçün sərgidə logistika şirkətləri ilə məhsuldar danışıqlar aparılıb. Bu istiqamətdə əməkdaşlıq haqqında razılıq əldə olunub.

Əminliklə deyə bilərəm ki, biz növbəti sərgidə, lakin daha geniş formatda iştirak edəcəyik. Bu dəfə dəmir yolu daşımalarını təmsil edən törəmə şirkətimiz “Food City Allians” da bizə qoşulacaq.

Anar Ağayev, FOOD CITY AQROKOMPLEKS-in icraçı direktoru

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN