Almaniyanın logistika şirkəti olan TLO Qərbi Avropadan Mərkəzi Asiyaya və Qafqaza qabaritsiz, iriqabaritli, ağırçəkili, yığma və layihə yüklərinin daşınmasını həyata keçirir. Böyük anbarlar Qazaxıstan və Özbəkistanda cəmləşib. Nəqliyyat vasitələrimizin 95 faizi “Orta Dəhliz” vasitəsilə Gürcüstandan, Türkiyədən və Azərbaycan ərazisindən keçir.
TLO artıq 4 ildir ki, Azərbaycan bazarında xidmət göstərsə də, biz ilk dəfədir ki, Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edirik. Bu tədbir sayəsində biz daha çox ziyarətçiyə özümüz haqqında məlumat verə biləcəyik. Biz həmçinin qabaritsiz və ağırçəkili yüklərin daşınması üzrə təcrübəmizi bölüşəcəyik. Müştərilərimiz bu xidmətə xüsusi maraq göstərirlər, çünki heç də hər şirkət bu cür yüklərin daşınmasını həyata keçirmir. Biz hər zaman qiymətləri müzakirə etməyə hazır olduğumuz müştərilərə yüksək xidmət və münasibət göstərərək alman keyfiyyətini satırıq.
Fikrimcə, ixtisaslaşmış sərgilərin keçirilməsi zəruridir. Onlar lazımi əlaqələr qurmağa və təkliflər əldə etməyə imkan verir. Məsələn, bu gün Dubaydan gələn ziyarətçilər bizdən Avropada ilişib qalmış yükləri çatdırmağı xahiş etdilər. Onlara kömək etməyə çalışacağıq.
Bu cür sərgilər xüsusilə gənc bazarlar üçün vacibdir. Bu ilin martında mən Astanada keçirilən forumda iştirak etdim. Forumda “Orta Dəhliz”in investisiyalar hesabına genişləndirilməsi haqqında fikir mübadiləsi aparıldı. Məsələ burasındadır ki, nəqliyyat marşrutu yükdaşımaların hazırda müşahidə olunan həcminə hazır deyildi. Bura həm dəmir yolu, həm iriqabaritli yüklər, həm də yükboşaltma qovşaqları daxildir. Bərələr ağzınacan doludur. Beləliklə, əsas yük axını istiqamətini cənuba doğru dəyişib. Hazırda magistral yollar Gürcüstan, Türkiyə və Azərbaycan ərazisindən keçir.
Gennadi Qleyberman, TLO şirkətinin layihə meneceri