Sərgi mənim üçün əsl kəşf oldu!

Sərgi mənim üçün əsl kəşf oldu!

4 i̇yun 2025 0000
Oleg Rodin,
"Evro Cargo Line" şirkətinin partnyoru

"TransCaspian" sərgisinə gəlməkdə məqsədim Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla logistika sahəsində əlaqələr qurmaq idi. Bizim əsas daşımalarımızdan biri Avropadan Qafqaza və əks istiqamətdə cənub istiqamətidir. Gürcüstanla artıq fəal əməkdaşlıq edirik, bu ölkənin limanları vasitəsilə yükləri Bolqarıstan və Rumıniyanın Qara dəniz limanlarına çatdırırıq.

İndi isə növbəti məqsədimiz – Azərbaycan bazarına çıxmaqdır. Yerli və tranzit yükləri, xüsusilə də Çindən gələn yükləri nəzərdən keçiririk. İlk mərhələdə Avropaya daşına biləcək yüklərin növlərini öyrənmək vacibdir. Öz soyuducu yük maşınlarımızın olması bizə Azərbaycandan meyvə-tərəvəz, metallurgiya məhsulları və digər malların ixracını həyata keçirməyə imkan verir.

Alat limanı da bizim üçün maraq doğurur. Burada yaradılmış şərait yükdaşıma şirkətlərinə operativ xidmət göstərmək və tranzit sənədlərini təqdim etmək imkanı verir.

Bu sərgi mənim üçün əsl kəşf oldu. Bu qədər genişmiqyaslı logistika şirkətləri və əməkdaşlığa açıq, peşəkar rəhbərlərin iştirakını gözləmirdim. Artıq ilk təmaslar qurulub. İndi isə əməkdaşlıq imkanlarını daha dərindən araşdıracağıq – xidmət keyfiyyəti və rəqabətədavamlı tariflərin formalaşdırılması prioritet istiqamətlərimiz olacaq.

Hər bir işdə ünsiyyət əsasdır. Əgər hansısa sahədə uğur qazanmaq istəyirsinizsə, ilk növbədə birbaşa – üzbəüz, şəxsi təmaslar qurmaq vacibdir. "TransCaspian" kimi yüksək səviyyəli sərgidə isə bu, asanlıqla və geniş miqyasda mümkün olur.
 

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN