“Sərgi təcrübə mübadiləsi baxımından çox faydalıdır”

“Sərgi təcrübə mübadiləsi baxımından çox faydalıdır”

7 i̇yun 2024 0000

Fəaliyyətim nəqliyyat daşımaları ilə bağlı olduğundan mən mütəmadi olaraq “TransLogistika” sərgisini ziyarət edirəm. Sərgi həmişəki kimi yaxşı təşkil olunub. Yükdaşıma sektoru ənənəvi olaraq burada geniş şəkildə təmsil olunur. Sərnişin daşınması məni daha çox cəlb etdi, çünki şirkət əməkdaşlarının kiçik və orta ölçülü nəqliyyat vasitələri ilə daşınması ilə məşğul oluram. Bakı Ekspo Mərkəzində işçi heyətinin iş yerinə və geriyə - evə rahat çata biləcəkləri yerlərə, eləcə də müxtəlif görüş və tədbirlərə daşınmasında oxşar təcrübəni tətbiq edən şirkətlərin nümayəndələri ilə bir sıra maraqlı görüşlər keçirdim. Xarici şirkətlərin bu növ daşımaların təşkilində təcrübəsi mənə xüsusilə maraqlı idi.

Sərgiyə gəlincə, bir daha əmin oluruq ki, bu, işgüzar əlaqələrin qurulmasında ən kəsərli ünsiyyət vasitələrindən biridir. Sərgi müxtəlif səviyyəli biznes nümayəndələri arasında təcrübə mübadiləsi üçün əlverişlidir. Şirkətlərin stendlərində müşahidə etdiyim işgüzar fəallıq bunu bir daha təsdiqləyir.

Bayram Süleymanov, “Paşa Həyat Sığorta” şirkətinin nəqliyyat üzrə koordinatoru

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN