Sərgidə böyük həcmdə məlumat topladıq
4 i̇yun 2025
0000
Vitaliy Biryuçkov,
"AILab" Rəqəmsal Logistika Platformasında məhsul sahibi
Şirkətimiz Azərbaycanın üzərindən keçən Orta Dəhliz marşrutu boyunca logistika proseslərinin rəqəmsallaşdırılması ilə məşğuldur. Layihə çərçivəsində logistika şirkətləri üçün “vahid pəncərə” yaradılır ki, onlar bütün sənədləşmə işlərini dövlət qurumları ilə kağız üzərində deyil, elektron formatda həyata keçirə bilsinlər. Hazırda bu prosesin işə salınması üzərində çalışırıq.
Bu mərhələdə layihə üzrə əməkdaşlıq edə biləcəyimiz tərəfdaşlarla bağlı məlumat toplayırıq. Qeyd etmək lazımdır ki, layihədən beynəlxalq şirkətlər də yararlana biləcək və onlar logistika şirkətləri və onların müştəriləri haqqında məlumat əldə etmək imkanına malik olacaqlar.
Belə əhəmiyyətli tədbiri – Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin iştirak etdiyi sərgini, təbii ki, buraxmaq olmazdı. Sərgidə çox böyük həcmdə informasiya topladıq, gələcək görüşlərlə bağlı ilkin razılaşmalar əldə etdik. Tədbirin yüksək səviyyədə təşkil olunması və iştirakçı tərkibinin güclü olması bizə sahənin iri şirkətləri ilə tanışlıq imkanı verdi. Yeni məhsulun tanıdılması üçün bu, ən ideal platforma və ən uyğun formatdır.