“Sərgidə tərəfdaşlarımızın iştirak etməsi sevindirici haldır”

“Sərgidə tərəfdaşlarımızın iştirak etməsi sevindirici haldır”

5 i̇yun 2024 0000

“Alliance Logistics” “Alliance Food City”, “Alliancelogistics” və “Alliance multimodal” kimi bir neçə logistika şirkətindən ibarətdir.

“Alliance Food City” şirkəti Azərbaycandan Rusiyanın Selyatino kəndinə kənd təsərrüfatı məhsulları ixrac edir və bu ərazidən ölkəmizə süd məhsulları idxal edir.

2018-ci ildə əsası qoyulmuş “Alliance Logistics” şirkəti Azərbaycan üzərindən Avropaya, Asiyaya və MDB ölkələrinə yüklərin daşınması üçün qabaqcıl logistika xidmətləri göstərir. Şirkət indiyədək 50 milyon tondan çox yük daşınmasını həyata keçirib ki, bunun da təxminən 15 milyon tonu tranzit yükləridir.

Törəmə şirkət olan “Alliance Multimodal” multimodal əsasda yüklərin daşınması ilə məşğuldur. Şirkət əsasən Çindən Azərbaycana, Gürcüstana, Türkiyəyə və Avropaya daşımalar həyata keçirir. Bu məqsədlə bir neçə növ marşrutdan - dəmir yolu, dəniz və avtomobil yolundan istifadə olunur. Hazırda hava nəqliyyatı ilə daşımaların təşkili üzərində iş aparılır.

Biz beşinci ildir ki, Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edirik. Nəqliyyat qovşağı kimi Azərbaycanın infrastrukturu elə bir zirvəyə çatıb ki, biz indi həcm və sürət ilə müştəriləri cəlb etməyə çalışırıq. Məsələn, əgər əvvəllər Gürcüstandan Azərbaycana yüklərin daşınması 5 gün çəkirdisə, bu gün biz vaxtı 3 günə endirməyə nail olmuşuq. Bir sözlə, məqsədimiz keyfiyyətli xidmət göstərməklə yanaşı, respublikada tranzit dövriyyəsini artırmaqdır.

Şirkətimizin fəaliyyətinin əsasını Azərbaycanın inkişafı təşkil etməlidir. Hələ 2015-ci ildə ölkə prezidenti İlham Əliyev Azərbaycanın tranzit ölkəyə çevrilməli olduğunu demişdi. Bundan sonra demək olar ki, bütün şirkətlərin strategiyası dövlət başçısının irəli sürdüyü prinsiplərə və qaydalara riayət etməkdən ibarət olub.

Şadam ki, bizim tərəfdaşlarımız - Azərbaycan Dəmir Yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sərgidə iştirak edir. Bu tədbir sayəsində biz bu şirkətlərin nümayəndələri ilə görüşdük, çünki il ərzində təəssüf ki, ancaq rəsmi məktublar vasitəsilə əlaqə saxlaya bilirik. Bundan əlavə, ixtisaslaşmış sərgilərdə potensial müştəri ola biləcək ziyarətçilərlə ünsiyyət qurmaq imkanı var.

Vaqif Xammedov, ALLIANCE LOGISTICS şirkətində Konteyner və Multimodal Daşımaların Təşkili və Risklərin Təhlili Şöbəsinin müdiri

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN