Sərgilər bir çox potensial tərəfdaşlarla görüşmək üçün əlverişli məkandır

Sərgilər bir çox potensial tərəfdaşlarla görüşmək üçün əlverişli məkandır

10 i̇yun 2024 0000

Şirkətim Çində yerləşir. Biz Çindən Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Azərbaycana, Rusiyaya və Avropaya yük maşınları, dəmir yolu və hava nəqliyyatı ilə daşınma xidmətləri həyata keçiririk. Beləliklə, bu gün mən buraya Azərbaycanda daha çox tərəfdaş və daha çox müştəri tapmaq üçün gəlmişəm. Azərbaycanda yerli agent-şirkətimiz var və biz Azərbaycana maşın və avadanlıq gətirmişik. Beləliklə, biz bu tədbirə yerli əlaqələrimizi və biznesimizi genişləndirmək üçün gəlmişik, çünki görürük ki, Azərbaycan çox yaxşı bazardır. Bu sərgi bizə daha çox məlumat əldə etməyə imkan verir, burada daha çox yerli bazar oyunçuları təmsil olunur və biz onlarla birbaşa əlaqə saxlaya bilərik. Qısa müddət ərzində çox iş görmək və qarşıya məqsəd qoymaq bizim üçün çox rahatdır – bütün şirkətlər bir məkandadır və siz bir-birinin ardınca görüşürsünüz. Bu sərgiyə ilk səfərimdir. Sərgi barədə Çində beynəlxalq logistika ilə məşğul olan və bu tədbiri ziyarət etməyi planlaşdıran dostumdan eşitmişəm.

Hao Luo

Sichuan BLojoe International Logistics Co., MMC


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN