“Sərginin 3 günü ərzində çoxsaylı danışıqlar aparmışıq”

“Sərginin 3 günü ərzində çoxsaylı danışıqlar aparmışıq”

6 i̇yun 2024 0000

1959-cu ildə Almaniyada əsası qoyulan şirkət yerli və regional festivallar üçün asan yığılan şənlik və tədbir çadırlarının işlənib hazırlanması üzrə ixtisaslaşıb. İlk vaxtlarda çadırlar üçün karkaslar ağacdan hazırlanırdı. 1964-cü ildə RÖDER poliester və qarışıq parçalardan hazırlanmış brezentləri olan sisternlərin kütləvi istehsalına başladı.

Hazırda 35 ölkədə filiallarımız fəaliyyət göstərir. İndiyədək 10 mindən çox layihə həyata keçirmişik.

Biz yüksək keyfiyyətli və dünya səviyyəli çadır sistemlərinin istehsalı və icarəsi xidmətləri göstəririk. Türkiyədə yerləşən satış ofisimizdə 8 mühəndis, fabrikimizdə isə 85 işçi çalışır.

Bu il ilk dəfədir ki, “Caspian Oil&Gas” sərgisində iştirak edirik. Əvvəlki illərdə biz sərgilərdə yalnız ziyarətçi kimi iştirak edirdik. Bu dəfə özümüzü tanıtmaq və müştərilərimizi məhsullarımızla tanış etmək qərarına gəldik. Azərbaycan bazarında çadır istehsalı ilə məşğul olan şirkətlərin sayı çox azdır, ona görə də yerli bazar çox vacibdir.

Ümid edirəm ki, biz də Qarabağda həyata keçirilən yeni layihələrdə iştirak edə biləcəyik. Sərginin 3 günü ərzində biz bu mövzuda çoxsaylı danışıqlar apardıq, həmçinin B2B formatında baş tutan görüşlərdə fikir mübadiləsi həyata keçirdik.

Sərgidə iştirak etməklə biz öz şirkətimizi geniş şəkildə tanıtmağa, maksimum ziyarətçi ilə ünsiyyət qurmağa, məhsullarımızı mütəxəssislərə nümayiş etdirməyə çalışırıq. Biz digər sərgi iştirakçıları ilə də əlaqələr qurmaq və onlara xidmətlərimizi təklif etmək istəyirik.

Hesab edirəm ki, xüsusilə də yeni bir bazara daxil olmağı planlaşdırırsınızsa, belə sərgilərdə iştirak etmək çox vacibdir. Canlı ünsiyyət olmadan biznesi irəli aparmaq olduqca çətindir. Sərginin təşkilini çox bəyəndik və gələcəkdə də məmnuniyyətlə iştirak etməyi planlaşdırırıq.

Yıldırım Kızılyel, “Röder” şirkətinin satış meneceri

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN