"MG Transport MMC "iki ildir ki, Türkiyənin "2K Hedef" logistika şirkətinin Azərbaycandakı nümayəndəsidir. TransLogistika Azerbaijan sərgisində biz istənilən növ multimodal daşımaların bütün imkanlarını təqdim edirik. Təqdim etdiyimiz xidmətlərin əsas xüsusiyyətləri effektiv xidmət, müştəriyə günün birinci yarısında yükün gedişatı barədə tam məlumatın verilməsi, daşıdığımız yükə görə daşıyıcının məsuliyyətinin CMR sığortası və yükün çatdırıldığı bütün dövr üçün şirkətin yüz faizli məsuliyyət daşımasıdır.
Əminliklə deyə bilərəm ki, sərgi ən yaxşı təəssüratı yaratdı. Əgər əvvəlcə iştirakımızın məqsədi Azərbaycan bazarında yeni şirkət rolunda özümüzü təqdim etmək idisə, üç günün sonunda stendimizə və təqdim etdiyimiz xidmətlərə gözlənilmədən artan marağın şahidi olduq. Bunun təsdiqi sərginin iştirakçılarından "ən çox ziyarət edilən stend" sertifikatı almağımızdır. TransLogistika Azerbaijan-ın işində iştirakımızın birinci ili bizim üçün çox səmərəli və uğurlu olmuşdur. Düşünürəm ki, gələn il iştirakımız mütləqdir.
Dürdanə Səfərova, "MG Transport MMC"şirkətinin satış şöbəsinin müdiri